Vahid səhiyyə çağrı mərkəzi yaradılacaq
10 Fevral 2022 11:44 SosialSəhiyyə Nazirliyinin nəzdində vahid səhiyyə çağrı mərkəzi yaradılacaq. Olaylar.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hər bir vətəndaş o çağrı sisteminə müraciət edərək probleminin həllinə nail olacaq.
Eyni zamanda yeni istifadəyə verilmiş nazirliyin veb saytı üzərində müraciətlər oluna bilər və dərhal cavablandırılacaq. - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31