"Samir Bağırovun , Aygün Kazımovanın yarışa qatılması əbəs idi"
21 Oktyabr 2021 14:22 SosialBu sözləri " 10- da görüşək " proqramında qonaq olarkən müğənni İlqar Xəyal söyləyib. Müğənni öz açıqlaması ilə Aygün Kazimovaya cavab verib:
" Bilirsiniz ki, müsabiqədə tanışlıq, rüşvət məsələləri var idi. Mən səhnəyə çıxmazdan əvvəl müsabiqənin təşkilatçılarının birinin əlində siyahı gördüm və artıq yerlərin paylaşdığını anladım. Bundan sonra özümü yaxşı hiss etmədiyimi, çıxış etmək istəmədiyimi söylədim . 1-ci və 2-ci yerlərin sevgililəri münsiflər heyətində idi. Kişi iştirakçısının sevgilisi özündən 10 yaş böyük idi. Bilirdim ki, orda kimsə yer tuta bilməyəcək. Samir Bağırovun , Aygün Kazımovanın yarışa qatılması əbəs idi. Sadəcə işarə qoyurdular ki, bura Azərbaycandan, Qazaxıstandan, Ukraynadan iştirakçılar gəlib. Mənə Azərbaycan zəng etdilər, dedilər, yer tutmasan da, çıxış et. Mən de söylədim ki, yer tutmaq üçün gəlmişəm, niye çıxış edim ? Orada balaca diapazonlu müğənnin birinci yerə layiq görülməs, menim kənarda qalmağım pis təsir göstərərdi. Aygün də bilirdi ki, siyahı əvvəlcədən hazırlanıb ".
Qeyd edək ki, müğənni 1990- cı illərin əvvəlində Məşhur karvan qrupunun tərkibində məşhurlaşmışdır. İlk mahnısı " Sarı güllər " olmuşdur. Bu mahnıya çəkilən klip Azərbaycanda ilk rəsmi klipdir.