Nura oğlunun qəzaya düşməsindən danışdı: “24 saat axtarılıb, ayılanda isə... ”
Müğənni Nura Suri oğlunun qəzaya düşməsindən danışıb
2 Avqust 2021 14:47 SosialMüğənni Nura Suri oğlunun qəzaya düşməsindən danışıb.
BAKU.WS xəbər verir ki, "10-da görüşək" proqramına qonaq olan sənətçi oğlu Xosrovun qəzaya düşməsini yerli mətbuatdan gizlətdiyini etiraf edib. O, övladının keçirdiyi qəzadan əvvəl zəhərləndiyini deyib:
"Mən bu hadisəni yerli mətbuatdan gizlətdim. 15 gün əvvəl olmuşdu. Sadəcə 3-4 nəfər bildirdi. Qəza baş verən gün oğlumla telefonla danışdıq. O, təyyarə ilə Los-Ancelesdən San-Fransiskoya getmişdi. Təyyarədə nəsə yeyib zəhərlənmişdi. Oraya çatan kimi dostunun evinə gedib. Orada halı pisləşib, qaytarıb.
Daha sonra geri qayıdıb. Təyyarəyə bilet olmadığından maşınla qayıdası olub. 5-6 saatlıq yoldur. Mənə dedi ki, zəhərlənmişəm, Los-Ancelesə qayıdıram. Mən onun bu halda yola çıxmasını istəmirdim.
Dedim, "bir otel tap, orada qal, yat, zəhərlənmisən, huşunu itirə bilərsən".
Səhər oyananda özümü pis hiss edirdim. Bildim ki, övladımın başına nəsə pis bir şey gəlib. Sonra qızla əlaqə saxladıq. O dedi ki, Xosrov itib, tapa bilmirik.
24 saat axtarılıb. Bu müddət ərzində bütün limfa vəzilərim şişdi. Oğlum qəzaya düşəndə maşın aşıb, huşunu itirib. Sənədləri filan hamısı maşında gedib. Onu adsız kimi qeydiyyata alıblar. Sonradan bir dənə telefonu tapıldı. Ayılanda deyib ki, qardaşımın "Instagram"ına yazın. Biz onu elə tapdıq. Ayılmasa idi, tapa bilməzdik".
