Şahmar Mövsümov vətəndaşlara çağırış etdi
26 İyul 2021 15:45 SosialAzərbaycanda koronavirusla bağlı karantin qaydaları qalmaqdadır və hər kəsi bu qaydalara riayət etməyə çağırıram.
Bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Ş.Mövsümov bildirib ki, hər kəsin bu qaydalara riayət etməsi vacibdir: "Karantin rejimi ilə bağlı yumşaldılmalar həyata keçirilib, lakin qaydalar hələ də qalmaqdadır. Ara məsafəsi saxlamaq, qapalı məkanlarda tibbi maskadan istifadə etmək, gigiyenaya riayət etmək kimi qaydalar hələ də qalmaqdadır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31