Azərbaycanın istifadə etdiyi peyvənd tam təhlükəsizdir - Şahmar Mövsümov
26 İyul 2021 15:17 SosialAzərbaycanın istifadə etdiyi peyvənd tam təhlükəsizdir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Ş.Mövsümov bildirib ki, eyni zamanda Azərbaycanın istifadə etdiyi peyvənd effektivdir: "Sizə bir rəqəm deyim, özünüz biləcəksiniz. Peyvəndləmə başlayandan sonra bu günə qədər Azərbaycanda koronavirusdan vəfat edən insanların 99 faizi peyvənd olunmayanlardır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31