Faydalı işlər təşviq edən Cəmiyyət

Dostlar, faydalı işlər təşviq edildikdə geniş yayılır. Belələrindən biri tanınmış jurnalist Elman Eldaroğlunun qurucusu olduğu, sədrlik etdiyi və fəaliyyəti barədə üzvlərinə müntəzəm məlumat verdiyi Yardımlı Xeyriyyə Cəmiyyətidir

"Dostlar, faydalı işlər təşviq edildikdə geniş yayılır. Belələrindən biri tanınmış jurnalist Elman Eldaroğlunun qurucusu olduğu, sədrlik etdiyi və fəaliyyəti barədə üzvlərinə müntəzəm məlumat verdiyi Yardımlı Xeyriyyə Cəmiyyətidir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı öz Facebook səhifəsində yazıb. Millət vəkili qeyd edib ki,  cəmiyyət rayon ərazisində və ondan kənarda yaşayan, ailə başçısını itirmiş 100-dən çox ailəyə və tənha qadına bir qrup şəxsin, o cümlədən bəndənizin də ianələri ilə artıq neçə illərdir hər ay əl tutur. Novruz, Ramazan və Qurban  bayramlarında belə ailələrin sayı bir qədər də artır:  "Hər il olduğu kimi, builki Qurban bayramında da Xeyriyyə Cəmiyyəti rayonda  120 ailəyə (61 tənha qadın və kişi; başçısını itirmiş 59 ailə) yardım və Qurban payı verib. Cəmiyyətə ianələr etmək bəlkə də asandır. Ancaq ən çətin məsələ zaman ayırıb bu işləri ürəklə təşkil etməkdir. Bəzi kəndlər bir-birindən çox uzaqdır. Nəqliyyat, çatdırılma problemləri var. Amma Cəmiyyətin rayondakı əlaqələndiricisi Əsədulla müəllim Sadıqov bu işləri səbr və uğurla yerinə yetirir. Cəmiyyətin fəaliyyəti digər rayonlar də üçün örnək ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31