HƏYƏCAN: Gecələr havanın isti olmasının səbəbi açıqlandı - FƏLAKƏTLƏRƏ hazır olun

Şimal yarımkürəsində gecələr temperatur əvvəlki analoji dövrlərlə müqayisədə xeyli artıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Lancet" nəşrində yayımlanan elmi araşdırmada yazılıb. Bildirilib ki, tropik bölgələrdə gecələr temperaturun artması prosesi artıq şimala doğru yayılır. 68 elm adamının apardığı araşdırmanın nəticəsinə görə, temperaturun artması ilə bağlı xəritənin genişlənməsi 1000 ildən bir baş verən qeyri-adi meteoroloji hadisədir.

Bu daha çox özünü Kanadada göstərib. ABŞ, Kanada və Rusiyada meşə yanğınları məhz bu hadisədən qaynaqlanır. Elm adamlarının fikrincə analoji vəziyyət davam etsə təbii fəlakətlər artacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31