Toylar dayandırılır, kafe-restoranlar, iş yerləri bağlanır? - RƏSMİ AÇIQLAMA
26 İyul 2021 11:16 SosialSon günlər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan rəsmi rəqəmlərdə yoluxma sayında artım müşahidə edilir. Sosial şəbəkələrdə, eləcə də insanlar arasında yayılmış şayiələrə görə, avqust-sentyabr aylarında yenidən qapanmalar, məhdudiyyətlər olacağı söyləntiləri var.
Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, qərarlar bütün göstəricilər nəzərə alınaraq verilir:
"Yumşalmalardan sonra yoluxma sayında artım olması gözlənilən idi. Amma hazırda rəqəmlər narahatedici həddə deyil. Yoluxma sayı bu şəkildə davam edərsə, sərt qapanmalara gedilməyəcək". //Modern.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31