Bakıda polis COVID-19 pasportu olmayanları toya buraxmır

Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əməkdaşlarından ibarət birgə monitorinq qrupları Bakı şəhərində toy məclisi təşkil edilən bütün restoranlarda yoxlama-nəzarət profilaktik tədbirlər həyata keçirir

Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əməkdaşlarından ibarət birgə monitorinq qrupları Bakı şəhərində toy məclisi təşkil edilən bütün restoranlarda yoxlama-nəzarət profilaktik tədbirlər həyata keçirir.

COVID-19 pasportu olmayan şəxslər restoranlara buraxılmır.

Analoji tədbirlər paytaxtın bütün rayonlarında - Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Səbail, Suraxanı, Xətai, Xəzər, Yasamal həyata keçirilib.

Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31