TƏBİB Səməd Səmədovun ölümü ilə bağlı açıqlama verdi
Xalq artisti Səməd Səmədovun ölümü ilə bağlı TƏBİB-dən açıqlama gəlib
24 İyul 2021 21:58 SosialXalq artisti Səməd Səmədovun ölümü ilə bağlı TƏBİB-dən açıqlama gəlib.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, xalq artisti Səməd Səmədov 23 iyul 2021-ci il tarixində 60-70 saturasiya ilə Yeni klinika tibb müəssisəsinə daxil olub:
"Döş qəfəsi kompüter tomoqrafiyasının nəticələrinə əsasən onda koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib.
Bütün səylərə baxmayaraq, COVİD ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib, böyrək çatışmazlığı yaranıb, təəssüf ki, xalq artistinin həyatını xilas etmək mümkün olmayıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31