Tarix müəllimi yanına hazırlığa gələn şagirdini zorlayıb
24 İyul 2021 18:51 SosialGürcüstanın Quriya bölgəsinin Çoxatauri rayonunda məktəbliyə qarşı cinsi istismar həyata keçirməkdə ittiham edilən 64 yaşlı müəllim həbs edilib.
"Bizim.media" xəbər verir ki, məktəblinin qohumları istismara məruz qalan gənc qızın 18 yaşında olduğunu deyiblər.
Qohumlarının məlumatına əsasən, gənc qız 64 yaşlı müəllimin yanına tarix fənnindən hazırlığa gedirmiş.
Məlumata görə, 64 yaşlı müəllim şagirdinə qarşı cinsi istismar həyata keçirdiyi zaman sərxoş vəziyyətdə olub.
Saxlanılan 64 yaşlı müəllim və onun ailəsi isə ittihamı qəbul etmirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31