Şahin Seyidzadə Qobustan Gənclər Mərkəzində qəbul keçirib
24 İyul 2021 14:46 SosialMilli Məclisin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə tərəfindən Qobustan Gənclər Mərkəzində fərdi vətəndaş qəbulu keçirilib. "Olaylar" xəbər verir ki, iyul ayının 23-də Qobustan rayonunda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tərəfdaşlıgı ilə keçirilmiş qəbulda hüquqi yardımla bağlı müraciətlər səsləndirilmişdir. Ümumilikdə 12 vətəndaşın iştirak etdiyi qəbulda mülki, əmək, cinayyət məcəllərinə dair məsləhətlər verilmiş, müraciətçilərin sualları cavablandırılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31