Yanğınlar zamanı 40 nəfər təxliyə olunub
23 İyul 2021 14:01 SosialAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. "Olaylar" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 78 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər, o cümlədən dənizdə qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Yanğınlar zamanı 40 nəfər təxliyə olunub.