Narkotik satan və alan şəxs tutuldu

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik və psixtrop vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Olaylar"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Mehman Ocaqov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 2 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı o narkotik vasitəni 50 manat pul müqabilində Vüsal adlı şəxsdən aldığını bildirib. Keçirilmiş növbəti tədbirlər zamanı rayonun Düyərli kənd sakini Vüsal Ağayev də saxlanılıb. Onun evinə baxış keçirilən zaman 4 bükümdə heroin və 2 bükümdə psixotrop maddə olan metamfetamin və yaxud "patı" aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirlir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31