“Qazilər arasında intihar halları artıb”

"Son vaxtlar qazilərimiz arasında intihar halları baş verir. Təəssüf ki, xidmətin ödənişsiz olmasını elan etməyimizə rəğmən, onlar bizə müraciət etməkdən çəkinirlər". "Olaylar" xəbər verir ki, bunu psixoloq Orxan Farəcli bildirib. O. Fərəcli qeyd edib ki, ay ərzində cəmi 4 qazi psixoloji dəstək almaq üçün ona müraciət edib: "Onlar, eyni zamanda digər vətəndaşlar "dəlisən", "xəstəsən" kimi adlandırılmaqdan çəkinirlər. Ona görə də psixi sağlamlığı olan insanlarla söhbət zamanı sözləri seçərək danışmaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31