Fransalı deputatlar ölkəmizə səfərə gəliblər
22 İyul 2021 17:13 SosialFransa parlamentinin deputatları Azərbaycanda səfərdədir. "Olaylar"ın xəbərinə görə, bu barədə Fransanın Bakıdakı səfiri Zakari Qross "Twitter" hesabında bildirib.Diplomat qeyd edib ki, Fransa parlamentinin 5 üzvü Azərbaycana səfərə gəlib.Məlumata görə, Zakari Qross Azərbaycanda səfərdə olan fransız parlamentarilərlə görüş keçirib. Görüşdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədov da iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31