Jeff Bezos və qrupu da kosmosa getdi!

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Amazon'un qurucusu Jeff Bezos'a məxsus Blue Origin kosmik tədqiqat şirkəti tərəfindən hazırlanan raket, Türkiyə vaxtı ilə 16: 12-də kosmosa atıldı. Bezos da daxil olmaqla dörd nəfəri daşıyan vasitə qısa bir kosmik səyahətdən sonra dünyaya qayıtdı.

Tamamilə mülki şəxslərdən ibarət və pilot olmadan həyata keçirilən uçuş tarixdə bir ilkdir. Bezosu uçuşda qardaşı Mark Bezos, 82 yaşlı amerikalı qadın aviator Wally Funk və Somerset Capitals Partner şirkətinin top menecerinin 18 yaşlı fizika tələbəsi Olivier Deamon müşayiət etdilər.

Oliver Deamen kosmosdakı "ən gənc", Funk isə "ən yaşlı" insan oldu. Uçuşdan əvvəl sürətləndirilmiş təlim keçən Bezos və yoldaşlarını daşıyan vasitə 106 kilometr yüksəkliyə çatmağı hədəf almışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31