Baş Narkotiklərlə Mübarizə İdarəsinin Masallı Rayon Polis Şöbəsi ilə birgə keçirdikləri tədbirlər nəticəsində "TikTok" sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqili video yayan Masallı rayon sakini Şahin Nuri müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, Ş.Nuri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Həmin şəxs məhkəmənin qərarı ilə 9 gün inzibati qaydada həbs edilib.