Qurbanlıq heyvanı kəsəndən sonra necə paylanılmalıdır? - 10 suala CAVAB
20 İyul 2021 12:22 Sosial2-3 gün ərzində İslam dininin əsas bayramlarından olan Qurban bayramı qeyd ediləcək və əksər kişilər dini borcunu yerinə yetirərək, ailəsi adından qurbanlıq kəsəcək.
Gent.az qurban kəsildikdən sonra əti ilə bağlı ən çox verilən suallara cavabları təqdim edir.
Ət necə, kimlərə, nə qədər paylanmalıdır?
Qurbanlığın yeyilə bilən hər əzası paylaşıla bilər. Quyruq, içalat, baş-ayaq, dəri və s.
Əti tərəzidə bərabər çəkib, nəzərdə tutduğunuz 7 yaxın və ya uzaq kasıb və imkansız qonşu, qohum, tanış ailələr arasında bölüşdürülür.
Ətin üçdə biri evə, üçdə biri qonşulara, qalan hissəsi fəqir və kasıb ailələrə verilir.
Əgər bir insan istəsə ətin hamısını kasıblara verə bilər.
Əti çəkmədən bölüşmək halallıq sayılmaz.
Bu 7 adamdan dördünə ətlə birlikdə ayaq, beşinciyə dərisi, altıncıya ətlə birlikdə başı verilməlidir.
Mətbəxləri bir olan ata-oğulun, ər-arvadın ortaq olaraq kəsdikləri qurbanı tərəzidə çəkib paylaşmaları lazımdır.
Qurbanın və ya hər heyvanın bu yeddi yeri yeyilməz: Axan qanı, zəkəri (cinsiyyət orqanı), husyələri (qoç yumurtası deyilən yerləri), ifrazat, öd kisəsi, dişi heyvanın önü və sidik kisəsi (məsanəsi).
Qurban ətindən onu kəsən qəssaba da verilə bilər.
Qalan ətdən bişirilən yeməyi kasıb, zəngin hər kəs yeyə bilər.
Qurban kəsən özü zəngin deyilsə, çox uşaqlıdırsa, ətin çox hissəsini evində saxlaya bilər.
Qurban əti ən çox 3 gün saxlanıla bilər. 3 gün ərzində paylanmalıdır.