Ucarda güclü YANĞIN: Ev sahibinin və oğlunun avtomobilləri də yandı - FOTO
19 İyul 2021 08:31 SosialUcarda baş verən yanğında 2 avtomobil yanıb. APA-nın xəbərinə görə, hadisə səhər saatlarında rayonun Məmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb. Rayon sakini, 1957-ci il təvəllüdlü Aydın Əhəd oğlu Əhədova məxsus evə bitişik ümumi sahəsi 145 kv/m olan artırmada güclü yanğın baş verib. Yanğın zamanı ev sahibinin "Mercedes" markalı minik maşını, ev sahibinin oğlu, 1991-ci il təvəllüdlü Zamiq Əhədzadəyə məxsus "Hyundai" markalı avtomobil yanıb. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 3 texnikası cəlb olunub. Yanğın söndürülüb və ev də daxil olmaqla yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Fakt araşdırılır.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31