Azərbaycanda toyda dəhşət: Xeyli sayda adam zəhərləndi
19 İyul 2021 08:26 SosialBərdədə kütləvi zəhərlənmə qeydə alınıb.APA-nın yerli bürosu xəbər verir ki, hadisə toy məclislərinin birində baş verib.Bərdə Rayon Mərkəzi Xəstəxanasından əldə olunan məlumata görə, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Səkinə Həsənova, Tərtər rayon sakinləri - 2006-cı il təvəllüdlü Məmmədli Tükəzban Seymur qızı, 1970-ci il təvəllüdlü Məmmədov Seymur Təşkilat oğlu, Bərdə rayon sakinləri - 1974-cü il təvəllüdlü Muradov Ceyhun Məhyəddin oğlu, 1999-cu il təvəllüdlü Muradov Elzamin Hüseyn oğlu, 1944-cü il təvəllüdlü Muradov Məhyəddin Həsən oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31