Sumqayıtda YANĞIN
17 İyul 2021 20:07 SosialSumqayıt şəhərində 18-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın olub.
Olaylar.az FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
İlkin məlumata əsasən, yanğın nəticəsində ümumi sahəsi 80 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yanğın zamanı tüstülənmiş mənzillərdən 10 nəfər (onlardan ikisi azyaşlı, biri yataq xəstəsidir) təhlükəsiz əraziyə təxliyə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31