Bakıda prokurorluq əməkdaşı işdən çıxarılıb
17 İyul 2021 18:54 SosialBakı şəhər prokurorluq orqanlarının əməliyyat işçilərindən 5 nəfər mükafatlandırılmışdır
Bakıda əmək və icra intizamını pozan 2 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.
Bu barədə Baş Prokurorluqda əməliyyat müşavirəsində bildirilib.
Müşavirədə bildirilmişdir ki, 2021-ci ilin birinci yarımili ərzində Baş Prokurorluq üzrə müvafiq əmrlərlə şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 2 nəfər intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 1 nəfər tutduğu vəzifədən azad olunmuş, 1 nəfərə irad tutulub.
Bundan əlavə, 2021-ci ilin ilk altı ayı ərzində Azərbaycan Respublikası Baş prokurorunun əmrləri ilə xidməti fəaliyyətində fərqləndiklərinə görə Bakı şəhər prokurorluq orqanlarının əməliyyat işçilərindən 5 nəfər mükafatlandırılmışdır.