Azərbaycanda ana "patı" çəkən sevgilisi ilə birlikdə uşağın dilini qopardı - FOTO

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabından daha bir valideyn zorakılığından əziyyət çəkən uşaq barədə məlumata yayıb.

Olaylar.az-ın xəbərinə görə, 5 yaşlı uşaq anası tərəfindən nənəsinin əvvəllər işlədiyi kafeyə atılıb:

"İşçilər nənəyə zəng vurur ki, uşaq ölür. Xəstəxanaya travmatalogiya şöbəsinə yerləşdirilir və hal-hazırda vəziyyəti orta-ağır qiymətləndirilir".

Kəmalə Ağazadə dünən xəstəxanada olduqlarını və Daxili İşlər Nazirliyinin tədqiqat apardığını bildirib:

"Bu gün nənə ilə də görüşdüm. Nənə uşağa bunu edənin qızı Səadət ilə qızının sevgilisi Kamran adlı şərəfsizin olduğunu uddia edir. Uşağın bədənində siqaret izləri, gematomalar,dilinin qoparılması, gematomalardan toxumaların çürüməsi ağır işğəncələrdən xəbər verir. Uşaq da bildirir ki,"məni Kamran döydü, dilimi də o dişlədi...Anam da ordaydı."
İctimai Birlik sədri təhqiqat işinə müdaxilə etmək fikri olmadığını,amma Səadət və Kamran adlı şəxslərin suallarını cavablandırmaq üçün axtardığını qeyd edib.

Kəmalə Ağazadə Səadət və Kamran narkotik istifadəçisi olduğunu, "patı"dan istifadə etdiklərini bildirir. metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31