Bayram günlərində 44 dərəcə isti olacaq
17 İyul 2021 14:10 SosialBayram günlərinin hava proqnozu açıqlanıb.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bayram günlərində hava şəraiti isti keçəcək, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-38°, 20-21-də bəzi yerlərdə 40° isti olacaq.
Respublikanın rayonlarında havanın temperaturunun 35-40° isti, 20-22-də isə bəzi aran rayonlarında 42-44°-dək yüksələcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31