Avtomobili qarət edən şəxs ələ keçib
17 İyul 2021 13:58 SosialOğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində iki avtomobildən ümumilikdə 320 manat pul oğurlamaqda, iki avtomobildən isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Cəlilabad rayon sakini N.Hüseynov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31