Azərbaycanda 6 ayda 2500-ə yaxın zəlzələ olub
17 İyul 2021 13:56 Sosial2021-ci ilin 6 ayı ərzində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Zəlzələnin tədqiqatı bürosu" tərəfindən 6404 təkan qeydə alınıb.
Olaylar.az-ın məlumatına görə, bu, Respublika Seysmoloji Xidmət Mərkəzinin 6 aylıq hesabatında yer alıb. Qeyd olunub ki, onlardan 2413-ü yerli, 1492-si regional, 1350-si isə uzaq zəlzələlər olub.
Bununla yanaşı, tək stansiya tərəfindən zəif 4000 təkan qeydə alınıb. Büro tərəfindən həmçinin 749 partlayış və 3 palçıq vulkanı qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 11 hiss olunan zəlzələ olub. Bu ilin 6 ayı ərzində Azərbaycan ərazisində ən güclü zəlzələ Xəzər akvatoriyasında qeydə alınıb. Maqnitudası 4.5 olan zəlzələ sahilyanı zonalarda və Sumqayıtda hiss olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31