Bakıda narkotacir saxlanıb
17 İyul 2021 13:47 SosialNarkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a bildirilib ki, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Hüseynov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 8 qrama yaxın metamfetamin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 22 qramdan artıq heroin və 25 qrama yaxın metamfetamin götürülmüşdür. Ona narkotik vasitəni satmaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Yusifova da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31