Bütün pensiya və müavinətlərin ödənişi başa çatıb
17 İyul 2021 12:59 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu iyul ayı üzrə bütün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişini Qurban bayramı ilə əlaqədar vaxtından əvvəl təmin edib. Fonddan "Olaylar"a bildirilib ki, iyul ayının 8-15-i arasında ölkə üzrə bütün pensiyalar, son günlərdə isə digər sosial ödənişlər vətəndaşların hesabına köçürülüb. Beləliklə, iyul ayının pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımları qrafikdən əvvəl - bayrama qədərki günlərdə ödənilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31