Sabahdan ictimai nəqliyyat işləməyəcək
17 İyul 2021 10:56 SosialSabahdan dörd günlük bayram tətili başlayır.
Olaylar.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə Qurban bayramına görə 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.
Belə ki, iyulun 20, 21-i Qurban bayramı günləri müəyyən olunub. Beləliklə, 18 (bazar), 19, 20, 21 iyul qeyri-iş günləridir.
Qeyd edək ki, bayram tətilində ictimai nəqliyyat işləməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31