Dilqəm Əsgərovun Şuşa həbsxanasında yazdığı məktublar tapıldı - Video

Dilqəm Əsgərovun işğaldan azad edilən Şuşa həbsxanasından yazdığı məktublar üzə çıxıb.

Olaylar.az xəbər verir ki, bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov şəxsi "Facebook" səhifəsində məlumat yayıb. O, məktubların tapılma anındakı görüntüləri və məktubların şəklini ictimaiyyətlə bölüşüb. Müxtəlif tarixlərə aid məktublarda yazılma tarixi və həmin gün baş verən bəzi hadisələr qeyd edilib.

Məlum olduğu kimi, həmin məktublar 2015-ci il tarixində yazılıb. Sözügedən görüntülər azərbaycanlı şəxslər tərəfindən lentə alınıb. 

Qeyd edək ki, 2020-ci il dekabrın 14-də isə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib.

(unikal.org) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31