Ordu Valisindən örnək hərəkət

Türkiyə Ordu Vilayəti valisi Tuncay Sonel dövlət adamı və insanlıq üçün örnək təşkil edən bir  hərəkət edib. Vali Ordu Vilayətində yaşayan 2112 yetim uşağın siyahisini çıxarıb. Hər uşağa bir məktub yazaraq  "ən çox nəyə sahib olmaq istəyirsən?" sualını verib. Az zaman içində uşaqlardan məktublar gəlib. Bilqisayar istəyirəm, telefon istəyirəm, oyuncaq istəyirəm, velosiped, gitara, musiqi aləti, kitab və s. Vali xeyirsevər insanların köməyilə bu tələblərin hammısını yerinə yetirib.Yetim uşaqların könlünü alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31