Üçüncü doza fərqli vaksin insan bədənində hansı effekti yaradır?

Koronavirusa qarşı vaksinin üçüncü dozasının fərqli olması insan bədəninə müsbət təsir göstərir.

Koronavirusa qarşı vaksinin üçüncü dozasının fərqli olması insan bədəninə müsbət təsir göstərir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Trend-ə açıqlamasında bildirib ki, üçüncü doza vaksinin eyni vaksin olması məcburi deyil:

"Üçüncü doz vaksinləmədə eyni vaksindən istifadə olunmalıdı. Bəs başqa vaksindən istifadə oluna bilərmi? Bu suala gəlincə dünya təcrübəsi onu göstərir ki, başqa vaksinlərdən istifadə etmək qarşılıqlı çarpaz reaksiyalarla immunitetin daha da güclənməsinə kömək edən xüsusiyyətə malikdir.

Ona görə də tövsiyə olunur ki, məcburiyyət olmasa da fərqli vaksindən istifadənin gətirə biləcəyi üstünlüklərdən istifadə etmək daha məqbuldur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31