Qəbul imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?
15 İyul 2021 15:47 SosialDövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 15 iyulda keçirilən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrinin elan olunacağı vaxt açıqlanıb. DİM-dən "Olaylar"a verilən məlumata görə, iyulun 16-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq. İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31