Ünvanlı dövlət sosial yardımının ödəniləcəyi tarix açıqlandı

İyul ayının 17-də ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub.

İyul ayının 17-də ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl Qurban bayramı ilə əlaqədar bütün müavinət, təqaüd və kompensasiyaların bu ayın 17-nə qədər ödəniləcəyi bildirilmişdi.

2021-ci ilin iyun ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği artıb. Əvvəl bu rəqəm 225,4 manat idisə, artımla 256,4 manata çatıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% artım deməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31