Hacıqabulda baş verən qəzada bir ailənin beş üzvü xəsarət aldı

Hacıqabulda baş verən qəzada bir ailənin dörd üzvü xəsarət alıb.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Meyniman kəndi ərazisində qeydə alınıb.

"Opel" markalı avtomobillə LADA markalı avtomobilin toqquşması nəticəsində bir ailənin beş üzvü - Sumqayıt sakinləri, 2019-cu il təvəllüdlü Qubadzadə Məhəmməd Ziyarət oğlu, 1957-ci il təvəllüdlü Qurbanov Burxan Fərrux oğlu, 1991-ci il təvəllüdlü İbadova Günel Burxan qızı, 1995-ci il təvəllüdlü Qurbanova Mələk Müslüm qızı və 1966-cı il təvəllüdlü Qurbanova Gülayət Aslan qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31