Azərbaycanda körpələr evi koronavirusa görə bağlandı

Tovuz rayonunun Aşağı Quşçu kəndindəki 1 saylı Körpələr evinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Olaylar.az "Report"a istinadən bildirir ki, buna həmin müəssisədə tərbiyəçi işləyən qadının koronavirusa tutulması səbəb olub.

Qeyd edək ki, həmin şəxs vaksin olunmasına baxmayaraq, COVID-19-a yoluxub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31