“Binə Atçılıq”dan 4 min dollarlıq yəhər oğurlandı
14 İyul 2021 13:19 Sosial"Binə Atçılıq" MMC-yə məxsus yardımçı təsərrüfatdan 2 yəhər oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən "OLaylar"a verilən məlumatda bildirilib. Rəsmi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Binə Atçılıq" MMC-yə məxsus yardımçı təsərrüfatdan 4000 ABŞ dolları dəyərində 2 ədəd yəhər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri T.Musayev və K.Ələkbərov müəyyən edilərək saxlanılmışlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31