Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - RƏSMİ
14 İyul 2021 12:43 Sosial17 iyulda ictimai nəqliyyat işləyəcək. Nazirlər Kabinetindən "Olaylar"a verilən məlumata görə, 18, 19, 20, 21 iyul bayram günlərində ictimai nəqliyyat, o cümlədən metro işləməyəcək. Qeyd edək ki, 20-21 iyul Qurban bayramına təsadüf etdiyindən Azərbaycanda qeyri-iş günləridir. İstirahət günlərinin ardıcıdllığını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən 17 iyul (şənbə) və 19 iyul (bazar ertəsi) günlərinin yeri dəyişdirilib. Bu dəyişiklikdən əvvəl verilən xüsusi karantin rejimində ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı sonuncu qərara əsasən, 17 iyul şənbə gününə təsadüf etdiyindən, ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31