“Mövcud peyvəndlərin yeni versiyaları hazırlanmalıdır...” – Yeni ştamma qarşı yeni vaksin?
Xəbər verdiyimiz kimi Azərbaycanda 31 nəfərdə koronavirusun "Delta” variantı aşkar olunub. Eyni zamanda 9 nəfərdə "Alfa” ( Britaniya) ştammı müəyyən edilib. Artıq bu istiqamətdə dünyada, eləcə də ölkəmizdə həyəcan təbili çalınır və qurumlar vətəndaşları ehtiyatlı olmağa, karantin qaydalarına əməl etməyə səsləyir.
14 İyul 2021 12:13 SosialXəbər verdiyimiz kimi Azərbaycanda 31 nəfərdə koronavirusun "Delta" variantı aşkar olunub. Eyni zamanda 9 nəfərdə "Alfa" ( Britaniya) ştammı müəyyən edilib. Artıq bu istiqamətdə dünyada, eləcə də ölkəmizdə həyəcan təbili çalınır və qurumlar vətəndaşları ehtiyatlı olmağa, karantin qaydalarına əməl etməyə səsləyir.
Olaylar.az-ın məlumatına görə, bununla bağlı tibb elmləri doktoru, professor Musa Qəniyev deyib ki, bu gün insanlığın faciəsi COVİD-19 və onun ştammları deyil, faciə məlum təbliğatın, onları istiqamətləndirdiyi vahimə, stress, ümidsizlik, yaxınları vaxtsız itirmək qorxusudur:
"Aprel-may aylarındakı kütləvi yoluxma və hazırkı vaksinasiyanın əhatə dairəsi, ölkəmizdə kollektiv immunitetin formalaşdığını sübut edir. Azərbaycanda koronavirusun fəsli dəyişikliklərə uyğun olaraq, gələcəkdə - ildə iki dəfə nisbi artımı ola bilər. Lakin bir də heç bir vaxt onun mütləq alovlanması, ölüm törətmə ehtimalı ola bilməz və olmayacaq.
Nəzərə almaq lazımdır ki, "Delta" və "Delta-plyus" ştammları fərqli yox, eyni mutantlardır və bu səbəbdən də onların arasında prinsipial fərqlilik ola bilməz. Bu ştammların patoloji fəallığının yüksək olması reallıq yox, yalnız kimlərinsə "xəyalı istəyi"dir. Çünki bu halda mövcud peyvəndlər modifikasiya olunmalı, onların yeni versiyaları hazırlanmalı və satışa çıxarılmalıdır".
Mütəxəssis qeyd edib ki, Azərbaycanda bir də heç vaxt nə məhdudiyyət, nə qapanma, nə də digər karantin tədbirləri olmayacaq:
"Sadəcə, elə edək ki, gigienik vərdişlərə düzgün əməl olunsun. Ən əsası isə "flematologiyaya" son qoyulsun, vaksinasiya istək daxilində aparılsın. Burada məcburiyyət prinsipi olmasın. Çünki biz nə Rusiya, nə də Avropa ölkəsi deyilik. Əvvəla, COVİD-19 bizim üçün ümidsizlik və mütləq ölüm gətirən sosial bəla olmayıb. İkincisi isə bizdə peyvəndləmədə məcburiyyət tətbiq olunarsa, bu mütləq olaraq saxtakarlığa, cinayətə rəvac veriləcək və statistika düzgün nəticələri əks etdirməyəcək. Bu hal yolverilməzdir və gələcəkdə ciddi fəsadlara səbəb ola bilər".
sfera