Paytaxt və 2 rayonda su olmayacaq

`Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, eləcə də Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun magistral kəmərdən qidalanan kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, eləcə də Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun magistral kəmərdən qidalanan kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "OLAYLAR"-a "Azərsu" ASC-dən məlumat verilib.

Məlumata görə, fasilə Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31