Azərbaycanda səhər saatlarında dəhşət: Ölən var
Şabranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
14 İyul 2021 10:07 SosialŞabranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Belə ki, Rayonun Güləmli kənd sakini 1993-cü il təvəllüdlü Tural Şahverdiyev idarə etdiyi "VAZ-2109" markalı avtomobillə Şabran şəhər sakini, 1999-cu il təvəllüdlü Gündüz Heydər oğlu Ziyadovu vurub. G.Ziyadov onu vuran sürücü tərəfindən Şabran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq, o, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31