Mütəxəssislərdən virusun delta variantına qarşı xəbərdarlıq
13 İyul 2021 16:22 Sosialİngiltərədəki tədbirlərin ləğvi 100 mindən çox insanın ölümünə səbəb ola bilər
Koronavirus tədbirlərinin İngiltərədə 19 İyulda qaldırılması mütəxəssislərin diqqətli olmağa çağırmasına səbəb oldu. İngiltərənin qabaqcıl universitetlərindən biri olan London İmperial Kolleci, tədbirləri birdən-birə aradan qaldırmaq əvəzinə tədricən sosiallaşma təmin edərək xəstəliyin növbəti zirvəsinin təxirə salına biləcəyini açıqladı.
London İmperial Kollecinin araşdırmalarına görə, açılış yavaşca edilsə, üçüncü dalğanın böyüməsinin qarşısı alına bilər.
Koronavirus epidemiyasını araşdıran və bu mövzuda hökumətə tövsiyə edən elmi şura COVID-19 Müdaxilə Qrupu, üçüncü dalğanın ölçüsünün peyvəndlərin delta variantına qarşı təsirli olması kimi amillərdən asılı olduğunu bildirdi.
Üç ssenari üzərində işləyən təşkilat, 19 iyulda məhdudiyyətlərin sürətlə qaldırılması halında ölümlərin 9400 nəfərdən 115.800 nəfərə çata biləcəyini bildirdi.
Məhdudiyyətlərin tədricən götürüldüyü təqdirdə xəstəxanalara yerləşdirilən insanların və ölüm sayının daha az olacağı bildirildi.