Ağır yaralanan daha 8 qazimiz Türkiyəyə göndərilib

Ağır yaralanan daha 8 qazimiz "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan "OLAYLAR"-a verilən məlumata görə, Türkiyədən Azərbaycana gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi qardaş ölkədə davam etdiriləcək.

"YAŞAT" Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 120 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 50-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31