AQTA beş məntəqədə qanunsuz heyvan kəsiminin qarşısı alıb
13 İyul 2021 11:34 SosialAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ötən gün keçirdiyi monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Bu barədə "OLAYLAR"-a AQTA-dan bildirilib.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31