21 525 şəxsə əlillik təyin edilib
13 İyul 2021 11:07 SosialƏlilliyin qiymətləndirilməsi işləri davam etdirilir.Bu ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ümumilikdə 21 525 şəxsə əlillik təyin edib. Agentlikdən "Olaylar"a verilən məlumata görə, onlardan 7 018 nəfərə ilkin, 14 507 nəfərə isə təkrar əlillik təyinatı aparılıb. 2020-ci ilin analoji dövrü ilə müqayisədə təyinatların sayı 68% artıb. Həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlər də təyin olunub. Əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, "Əlillik" altsistemi üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31