Türkiyədə Qurban bayramında 9 gün iş olmayacaq

Türkiyədə Qurban bayramı münasibətilə iş olmayacaq

 

Türkiyədə Qurban bayramı münasibətilə 9 gün iş olmayacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.

Ərdoğan deyib ki, iclasda "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" Qərara əsasən, 2021-ci il 19 iyul bayram öncəsi (ərəfə günü) olan yarım iş günü qeyri-iş günü hesab edilməklə 17, 18, 19, 20, 21, 22, 23, 24, 25 iyul - ardıcıl qeyri-iş günü olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31