Qazax polisi rayon sakinindən narkotik götürüb
Qazax sakinində narkotik aşkarlanıb
12 İyul 2021 21:31 SosialQazax sakinində narkotik aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini İlham Əsgərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan bağlamada narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Götürülən maddi sübut ekspertizaya təqdim edilib.
Faktla bağlı Qazax RPŞ-də araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31