Dənizdə iki nəfər batıb

Bakıda dənizdə iki nəfər dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən cavab olaraq bildirilib ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində qeyri-çimərlik ərazisində iki nəfərin boğulması barədə məlumat daxil olub.

Əraziyə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.

Hazırda axtarışlar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31