Sosial sığorta haqları üzrə daxilolmalar 7,88% artıb
12 İyul 2021 12:56 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2021-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrünə nisbətən 2,21% (57 mln. manat) artaraq 2 mlrd. 614,2 mln. manat təşkil edib. Fonddan "Olaylar"a bildirilib ki, DSMF gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar isə 7,88% (134,12 mln. manat) artaraq 1 mlrd. 836,85 mln. manat olub. Daxilolmalara dair illik proqnoz büdcə təşkilatları üzrə 104,54%, qeyri-büdcə sektoru üzrə 114,42% icra edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31